Yeniyetmələrin I Yay Olimpiya Oyunları

Sinqapur Sinqapur

14 avqust - 26 avqust

İştirak etmiş ölkələr - 204

İdman növləri - 26

Yarışların sayı - 201

İdmançıların sayı - 3524

5
3
0

2010-cü il 14-26 avqustda Sinqapurda Yeniyetmələrin I Yay Olimpiya Oyunları keçirilib. 12 idmançı ilə təmsil olunan Azərbaycan komandası 5 qızıl, 3 gümüş medal qazanaraq dünya ölkələri arasında 11-ci, Avropa üzrə 6-cı yeri tutub. MDB ölkələrindən yalnız Rusiya və Ukrayna Azərbaycandan yuxarıda qərar tuta bilib.

 

14 avqust 2010-cu ildə Yeniyetmələrin I Yay Olimpiya Oyunları təntənəli açılış mərasimi keçirilib. Açılış mərasimində Azərbaycanın üçrəngli bayrağını Boks üzrə dünya Çempionu Şaban Şahpələngov aparıb. 

 

42 kq çəkidə güləşçimiz Murad Bazarov bütün rəqiblərinə qalib gələrək Yeniyetmələrin Olimpiya Oyunlarında Azərbaycanın ilk olimpiya çempionu olub. 52 kq çəkidə çıxış edən Elman Muxtarov da bütün rəqiblərinə qalib gələrək eyni uğuru təkrarlayıb.

 

Qızlar arasında güləş yarışında 52 kq çəkidə ölkəmizi təmsil edən Patimat Baqamedova bütün rəqiblərinə qalib gələrək Azərbaycana üçüncü qızıl medalı gətirib.

 

Ağırlıqqaldıranların yarışında 69 kq çəkidə mübarizə aparan Nicat Rəhimov birdənqaldırmada birinci (134 kq) oldu, təkanla qaldırmada 166 kq nəticə göstərərək Olimpiya çempionu adına yiyələnib.

 

Güləşçilərin yarışında Azərbaycan idmançısı Əli Məhəmmədəbirov 100 kq çəkidə ölkəmizə dördüncü qızıl medalı qazandırıb. 54 kq çəkidə sərbəst güləş yarışlarında Kənan Quliyev yalnız final qarşılaşmasını uduzaraq gümüş medala sahib olub. 

 

Boks yarışlarında Salman Əlizadə (48 kq) və Elvin İsayev (57 kq) finalda məğlub olaraq Olimpiya Oyunlarının gümüş medalı ilə kifayətləndilər.

 

Mötəbər yarışdan sonra Azərbaycan Prezidenti İlham Əliyev Sinqapur Olimpiya Oyunlarının iştirakçılarını qəbul edib. Yeniyetmə olimpiyaçılar və onların məşqçiləri mükafatlandırılıblar.

Güləş Kişi 2010
Ağır atletika Qadın Ağır Atletika 2010
Güləş Qadın Qadın güləşi 2010
Atıcılıq Kişi stend atıcılığı 1988
Ağır atletika
  • Kişilər

    1

  • Qadınlar

    0

  • Cəmi

    1

  • Cüdo
  • Kişilər

    1

  • Qadınlar

    0

  • Cəmi

    1

  • Kanoe sprint
  • Kişilər

    1

  • Qadınlar

    0

  • Cəmi

    1

  • Kanoe slalom
  • Kişilər

    1

  • Qadınlar

    0

  • Cəmi

    1

  • Taekvondo
  • Kişilər

    1

  • Qadınlar

    0

  • Cəmi

    1

  • Boks
  • Kişilər

    3

  • Qadınlar

    0

  • Cəmi

    3

  • Güləş
  • Kişilər

    4

  • Qadınlar

    1

  • Cəmi

    5